Harris Trampla debata çıxmaqdan imtina etdi

Harris Trampla debata çıxmaqdan imtina etdi
Siyasət 46

ABŞ-nin vitse-prezidenti Kamala Harris 4 sentyabrda "Fox News" telekanalının təşkil edəcəyi seçki debatlarında iştirakdan imtina edib.

Bu barədə ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib.

"Kamala Harris bizə yenicə bildirdi ki, "Fox News" telekanalı platformasında keçiriləcək debatlarda iştirak etməyəcək" - deyə Tramp sosial şəbəkə hesabında yazıb.

Respublikaçıların namizədi hadisələrin belə cərəyan etməsindən heyrətlənmədiyini bildirib və debatlar əvəzinə həmin tarixdə "Fox News" platformasında seçicilərin suallarını cavablandıracağını qeyd edib.

Son xəbərlər