KİV: Harris qələbə üçün kifayət qədər latın amerikalıların səsini qazanmayıb

ABŞ-nin vitse-prezidenti və Demokrat Partiyasından prezidentliyə namizəd Kamala Harris seçkilərdə populyarlığının artmasına baxmayaraq, hələ də qələbə qazanmaq üçün lazımi sayda Latın amerikalıların səsini toplaya bilməyib.
Bu barədə ABŞ-nin Axios portalı xəbər verib.
Məlumata görə, Harris latın amerikalı seçicilər arasında dəstək səviyyəsinə görə, ABŞ-nin keçmiş prezidenti və Respublikaçılardan olan rəqibi Donald Trampı əhəmiyyətli dərəcədə qabaqlayır. Xüsusilə, onun bu seçici qrupu arasında populyarlıq səviyyəsi 55%-dən 60%-ə qədər dəyişir, Trampda isə bu göstərici 40%-dən çox deyil.
Lakin vitse-prezident hələ də demokratların seçkilərdə qalib gəlməsi üçün tarixi olaraq lazım olan səs sayını toplamayıb. "Axios" tərəfindən aparılan tədqiqata görə, son 50 ildə ABŞ-nin Demokrat Partiyasından olan prezidentliyə namizədlər, adətən, latın amerikalıların ən azı 64%-nin səsini toplaya bilməsələr, məğlub olublar.
Portalın məlumatına görə, ABŞ əhalisinin təxminən 20%-ni təşkil edən latınamerikalılar son vaxtlar respublikaçılara üstünlük veriblər.
Oxşar xəbərlər
Kamala Harris vitse-prezident postuna namizədini müəyyənləşdirib
ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harris noyabrda keçiriləcək prezident seçkisi üçün vitse-prezident postuna namizədini müəyyənləşdirib. BAKU.WS APA-ya ist...
