İlham Əliyev Nikol Paşinyan və NATO-nun baş katibi ilə görüşəcək

İlham Əliyev Nikol Paşinyan və NATO-nun baş katibi ilə görüşəcək
Siyasət 89

Sabah Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Belçikanın paytaxtı Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirəcək.

İlk olaraq Azərbaycanın prezidenti İlham Əliyevlə görüşəcək Avropa Şurasının sədri, ardınca Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli, daha sonra isə üçtərəfli görüşlər keçirəcək.

Səfər zamanı ölkə başçısı NATO-nun iclasında da iştirak edəcək.

Alyansın baş katibi Yens Stoltenberqlə Brüsseldə baş tutacaq görüşün ardınca hər iki lider mətbuat konfransı keçirəcəklər.

Son xəbərlər