Haluk Levent siyasətə qoşulur?
Türkiyə mətbuatında uzun müddətdir müğənni Haluk Leventin deputatlığa namizədliyinin irəli sürülməsi ilə bağlı xəbərlər yayılıb.
BAKU.WS xəbər verir ki, sənətçi bununla bağlı ilk və son dəfə açıqlama yayıb. Xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıb:
“Bu gün də başqa bir siyasi partiya könüllüləri siyasətə qoşulacağımı yazıblar. Təbi ki, belə bir şey yoxdur. İllərlə mən bunu qeyd etmişəm. Olmadı, olamayacaq da... Hazırda gündəmimdə sadəcə zəlzələ bölgəsinə yardımlar etmək var”.
Xatırladaq ki, Haluk Levent öz xeyriyyə qurumu ilə Kahramanmaraşda zəlzələdən əziyyət çəkənlərə yardımlarını davam etdirir.
Oxşar xəbərlər
Haluk Leventin 24 il sonra təkrarlanan VİDEOSU HƏR KƏSİ DUYĞULANDIRDI
Müğənni Haluk Levent sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram səhifəsində Türkiyədə 1999-cu ildə baş verən zəlz...