Haluk Levent məşhur mükafatdan imtina etdi - ABŞ-yə getməyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
TIME jurnalı son bir ilin ən nüfuzlu 100 adamının adını açıqlayıb.
BAKU.WS xəbər verir ki, siyahıda Böyük Britaniya kralı III Çarlz, ABŞ prezidenti Co Bayden, İlon Mask, Beyons, Messi, Bella Hadid kimi tanınmış şəxslər yer alıblar.
Türkiyədən isə sözügedən siyahıya 182 şəxs arasında sadəcə müğənni Haluk Levent layiq görülüb.
Sənətçi sosial şəbəkədə yaydığı açıqlamada TIME jurnalının mükafatından imtina etdiyini və onu almaq üçün ABŞ-yə getməyəcəyini bildirib.
Haluk zəlzələ bölgəsinə etdiyi yardımlara görə Türkiyənin tənqid edilməsini qəbul etməyib. Bu səbəbdən də ABŞ-yə getməyəcəyini bildirib.
Oxşar xəbərlər
14 dövlətin kraliçası II Elizabet müharibədə də iştirak edibmiş... - Ülyahəzrət haqqında maraqlı faktlar
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet 96 yaşında vəfat edib. BAKU.WS xəbər verir ki, Elizabet Aleksandra Mariya Vindzor Böyük...