Hakim partiya: "Gürcüstan Ermənistanla Azərbaycan arasında vasitəçi olmağa hazırdır"

Hakim partiya: Gürcüstan Ermənistanla Azərbaycan arasında vasitəçi olmağa hazırdır
Siyasət 42

Gürcüstan Ermənistanla Azərbaycan arasında vasitəçi olmağa hazırdır.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu sözləri Gürcüstanda hakim "Gürcü arzusu" partiyasının sədri İrakli Kobaxidze deyib.

"Biz bu məsələdə maraqlıyıq və əgər Gürcüstan hər hansı vasitəçilik edə bilərsə, biz buna hər cür kömək göstərəcəyik", - deyə o bildirib.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Son xəbərlər