Hakan Fidan: “TAP-ın genişlənlirilməsi Azərbaycan və Türkiyə üçün önəmlidir”
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyə və Azərbaycan imzalanmış Şuşa Bəyannaməsinin müddəalarını yerinə yetirməyə çalışırlar”.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 14-də Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Türkiyəli nazir qeyd edib ki, iki ölkə arasında kommunikasiya və enerji xətləri baxımından təhlükəsizliyin təmin olunması önəmli məqama çevrilib:“Qars-Naxçıan dəmir yolu ilə bağlı niyyət protokolu Türkiyə prezidentinin Naxçıvana səfəri zamanı imzalanıb. TAP-ın genişlənlirilməsi də hər iki dövlət üçün önəmlidir. Həmçinin, artıq təməli atılan İğdır-Naxçıvan qaz kəməri ilə enerji sahəsində əməkdaşlığımızı yeni səviyyəyə çatdıra bilmişik”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...