Hafiz Məmmədov 652 min manat borcunu ödəyibmi? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur iş adamı, “Bakı” futbol klubunun keçmiş prezidenti Hafiz Məmmədov barəsində Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində cinayət işi başlanıb.
BAKU.WS İTV-yə istinadən xəbər verir ki, səbəb onun rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranan külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayınmasıdır.
Cinayət işi çərçivəsində Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib. Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Yerli mətbuatda axtarışa verilən iş adamının barəsində cinayət işinin başlanılması xəbərinə mövqeyi yayımlanıb.
Hafiz Məmmədov açıqlamasında bildirib ki, "Mənim 4 şirkətim var idi. Şirkətlərimdə çalışan əməkdaşlara görə, Dövlət Sosial Müdafiə Fonduna 652 min manat borcum yaranmışdı. Şirkətlərim müflis olduğundan bunu ödəyə bilmədim. Məhkəmə də bu günə kimi vaxt vermişdi. Bu gün də həmin borcu ödədim”.
Qeyd edək ki, cinayət işinin istintaqı və əməliyyat axtarış tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...