"Haber Global": "İran uyğun bir yalan tapacaq" - VİDEO

Haber Global: İran uyğun bir yalan tapacaq - VİDEO
Video
Siyasət 235

"Martın 5-də Naxçıvanda hava limanına və mülki infrastruktur obyektlərinə İran ərazisindən pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirib".

BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global"ın hazırladığı materialda bildirilib.

Telekanalın şərhçisi Metehan Demir hadisəyə belə münasibət bildirib:

"İran uyğun bir yalan tapacaq. Azərbaycan açıq şəkildə cavab hüququnu bəyan etdikdə tək qalmayacaq. Azərbaycan həqiqətən də tək deyil. Təkcə Türkiyə deyil, bir çox ölkələr də buna qoşulacaq. Məncə, İran uyğun bir yalan tapacaq və mövqeyi təxminən belə olacaq: "Biz Azərbaycanın ərazi bütövlüyünə hörmət edirik, Azərbaycan bizim qonşumuzdur, dostumuzdur, PUA səhv plan üzündən sizin ərazinizə düşüb. Bizim belə bir niyyətimiz yox idi".

"Haber Global"ın xarici xəbərlər şöbəsinin rəhbəri Eda Tuğrul Azərbaycan prosesin əvvəlindən etibarən böyük həssaslıq nümayiş etdirdiyini vurğulayıb: "Azərbaycanın ilk gündən İranla sərhəd keçid məntəqəsindən keçməyə icazə verməsi və İran vətəndaşlarının ölkələrinə qayıtması üçün şərait yaratması həssaslığın göstəricisidir. Buna baxmayaraq, düşmənçilik və nankorluq adlandıra biləcəyimiz mövcud vəziyyət molla rejiminin mahiyyətini ortaya qoyur. Onların heç bir qırmızı xətti, dostluq və ya düşmənçilik siyasətini başa düşmədiklərini göstərir. Bu məsələnin beynəlxalq hüquq aspekti də var.

İran Körfəz ölkələrini hədəf alan hücumları ilə əvvəldən böyük bir səhvə yol verib. Artıq bölgədə təcrid olunmuş İran indi dost ölkələrə qarşı bu addımları atmaqla özünü daha da təcrid edir. Burada çox ciddi bir səhvdən danışırıq".

Son xəbərlər