"Haber Global" İlham Əliyevin Paşinyanla görüşündə müzakirə edilən məsələlərə toxunub
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Əbu-Dabidə keçirilən görüşündə iki ölkə arasında irəli aparılan sülh prosesi müzakirə edilib.
Bu barədə "Haber Global" telekanalının görüş barədə hazırladığı süjetdə bəhs edilir.
Bildirilir ki, görüşdə regional məsələlər barəsində də fikir mübadiləsi aparılıb.
Bu çərçivədə qeyd edilib ki, tərəflər ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə gerçəkləşdirilən Vaşinqton Sülh Zirvəsinin nəticələrinin tətbiq edilməsində qeydə alınan irəliləməni məmnuniyyətlə qarşılayıblar və normallaşma prosesinin irəlilədilməsinin önəminə diqqət çəkiblər.
Süjetdə vurğulanır ki, Prezidenti İlham Əliyev Ermənistanın baş naziri ilə Zəngəzur dəhlizini və bağlantı layihələrinin tətbiqini də müzakirə edib.
Oxşar xəbərlər
Pakistanın baş naziri: "İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır"
"Pakistan ilə Azərbaycanı dərin kökləri olan qardaşlıq, qətiyyətli qarşılıqlı dəstək telləri bağlayır, xalqlarımızı çalışdıqları qlobal sülh, rifah və dayanıqlı...