“Haber Global”: “Ermənistan Ukraynada istifadə üçün Rusiyaya döyüş təyyarəsi göndərir” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 25-də Ermənistan 4 ədəd Su-30 tipli qırıcı təyyarəsini xüsusi təlim keçmiş pilotları ilə birgə Rusiyanın tabeliyinə verib.
BAKU.WS-in məlumatına görə, bu barədə “Haber Global” televiziya kanalı kəşfiyyat məlumatları əldə edib.
Martın 25-də həmin qırıcılar Ukraynaya qarşı istifadə olunması üçün Rusiyaya yola düşüb. Rusiyaya hərbi dəstək verən Ermənistana qarşı sanksiyaların tətbiq olunacağı və ya xəbərdarlıq ediləcəyi ehtimalı istisna edilmir.
Telekanal xatırladıb ki, Rusiya Ukraynada böyük itkilərə məruz qaldığına görə Azərbaycanın Qarabağ bölgəsinə müvəqqəti yerləşdirilmiş sülhməramlıları, habelə yanacaqdoldurma vasitələri və “Tiqr” zirehli texnikalarını Laçın dəhlizi üzərində Ermənistana geri çəkib. Oradan isə hərbi karqo təyyarəsi ilə Rusiyaya göndərilib.
Eyni zamanda, qeyd olunub ki, Rusiya suriyalı muzdluları döyüşlərə cəlb etmək üçün Ermənistan ərazisindən baza kimi istifadə edir.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...