Gürcüstanın parlament seçkiləri ilə əlaqədar Azərbaycanda üç seçki məntəqəsi yaradılacaq
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar Azərbaycanda üç seçki məntəqəsi yaradacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan MSK-dan məlumat verilib.
Bildirilib ki, məntəqələrin üçü də Bakının N.Nərimanov rayonu ərazisində (Yaşar Hüseynov küçəsi 13/15) olacaq.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri üçün ən çox seçki məntəqəsi Yunanıstan, ABŞ, Türkiyə, Almaniya, Azərbaycan və İtaliyada açılacaq.
ABŞ və Yunanıstanın hər birində beş məntəqə, Almaniyada dörd, Azərbaycan, Türkiyə və İtaliyada üç, İspaniyada isə iki seçki məntəqəsi yaradılacaq.
Oxşar xəbərlər
Səfirlik: Karlonun Ağdam və Füzuliyə səfəri ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini təsdiqləyir
ABŞ-nin Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonun Ağdam və Füzuliyə səfəri ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini təsdiqləyir. BAKU.WS "Re...