Gürcüstanın Baş naziri Nikol Paşinyanla görüşüb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ermənistanlı həmkarı Nikol Paşinyanla görüşüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, təkbətək görüşdə baş nazirlər iki ölkə arasında əməkdaşlığın gündəliyidə olan əsas məsələləri nəzərdən keçiriblər.
Məlumata görə, söhbət zamanı Gürcüstan və Ermənistan arasında ticari-iqtisadi, nəqliyyat, logistika və mədəniyyət sahələrində mövcud əməkdaşlıq əlaqələrinə toxunulub. İrakli Qaribaşvili İrəvanda baş verən partlayışla əlaqədar Nikol Paşinyana başsağlığı verib.
Görüşdə, o cümlədən Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Tbilisidə keçirilən görüşünə, regionda sülh və sabitliyin təşviqində Gürcüstanın rolu və səylərinə diqqət yetirilib.
Vurğulanıb ki, Qaribaşvili və Paşinyan regionda hazırki vəziyyətdən danışıblar.
Oxşar xəbərlər
Gürcüstan Xarici İşlər Nazirliyindən Rusiyaya ÇAĞIRIŞ
Rusiya Avropa İttifaqının vasitəçiliyi ilə 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşmasına əməl etmir və işğal olunmuş Gürcüstan bölgələrdə qeyri-qanuni nəza...
