Gürcüstanın baş naziri Azərbaycana səfərə gəlir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycana səfər edəcək.
Bu barədə məlumat Gürcüstan hökumətinin rəsmi internet portalında dərc edilib.
Məlumata görə, səfər çərçivəsində Bakı şəhərində, Gürcüstan və Azərbaycan Respublikasının baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlığının hökumətlərarası komissiyasının iclası keçiriləcək.
Həmçinin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında təkbətək görüş planlaşdırılır. Görüşdən sonra hər iki rəhbər şəxs mətbuata birgə bəyanatla çıxış edəcəklər.
Oxşar xəbərlər
Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"
Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə...