Gürcüstanda zəlzələ baş verib

Gürcüstanda zəlzələ baş verib
Siyasət 232

Gürcüstanda 4,2 bal gücündə zəlzələ olub.

BAKU.WS "Sputnik-Georgia"ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ Tbilisidən 62 km aralıda - Dmanisi şəhərində baş verib.

Yeraltı təkanlar Tbilisinin bəzi rayonlarında hiss olunub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Qeyd olunur ki, Gürcüstanda sonuncu dəfə fevralın 21-də Ozurqeti şəhərində 3 bal gücündə zəlzələ qeydə alınıb.

Son xəbərlər