Gürcüstanda yaşayış binasında partlayış: 93 ailə təxliyə edildi

Gürcüstanda yaşayış binasında partlayış: 93 ailə təxliyə edildi
Siyasət 4

Bu gün Tbilisidə yaşayış binasında partlayış baş verib və nəticədə evin divarı uçub.

BAKU.WS xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.

Məlumata görə, Didube rayonunda Samtredi küçəsi 2 saylı yaşayış binasının birinci mərtəbəsində güclü partlayış baş verib. Binadan 93 ailə təxliyə edilib. Gürcüstan paytaxtının meriyasından bildirilib ki, insident nəticəsində xəsarət alan olmayıb. Didubi rayon rəhbərliyi zədələnmiş kompleksin sakinlərini mehmanxana ilə təmin edib.

Mütəxəssislər binanı tədqiq edəcək və sakinlərin evlərinə qayıda biləcəyinə qərar verəcəklər.

“Hadisənin ilk dəqiqələrindən həm Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətinin və aidiyyəti qurumların əməkdaşları, həm də paytaxt meriyasının və Didubi rayon icra hakimiyyətinin nümayəndələri hadisə yerinə səfərbər edilib”, - deyə şəhər rəhbərliyi məlumat yayıb.

Son xəbərlər