Gürcüstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan Mərkəzi Seçki Komissiyası (CESKO) oktyabrın 31-də keçirilən 10-cu çağırış parlament seçkilərinin nəticələrini təsdiqləyib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, nəticələrə əsasən hakim "Gürcü Arzusu" partiyası proporsional səslərin 48.22 faizini toplayaraq 60 parlament yeri əldə edib. Hakim partiyanın bundan başqa, 30 majoritar dairənin hər birində qələbə qazanaraq ümumilikdə 90 parlament yeri qazandığı bildirilib.
Müxalif partiyalardan "Vahid Milli Hərəkat- Güc Birlikdədir" 27.18 faiz ( 36 yer), "Avropalı Gürcüstan" - 3.79 faiz (5 yer), "Vətənpərvərlər Alyansı" - 3.14 faiz (4 yer), "Əmək Partiyası" 1 faiz (1 yer), "Vətəndaşlar - Aleko Elisaşvili" - 1.33 (2 yer), "Giorgi Vaçadze -Aqmaşenebeli strategiyası" - 3.15 faiz (4 yer), "Girçi" - 2.89 faiz (4 yer), "Lelo" - 3.15 faiz (4 yer) səs toplayıb.
Oxşar xəbərlər
Gürcüstanın hakim partiyası seçkilərdə qalib gəldiyini elan etdi
Gürcüstanda hakim Gürcü Arzusu Partiyasının namizədləri parlament seçkilərinin ikinci turunun ilkin nəticələrinə görə bütün birmandatlı dairələrdə qalib gəliblə...