Gürcüstanda banka silahlı basqın olub

Gürcüstanda banka silahlı basqın olub
Siyasət 111

Aprelin 16-da günorta saatlarında Tbilisidə “Bank of Georgia”nın Avlabari metro stansiyasının şöbəsinə silahlı basqın olub.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, silahlı şəxs banka daxil olaraq içəridəki müştəriləri və bank işçilərini girov götürüb.

Hazırda Gürcüstan Daxili İşlər Nazirliyinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə səfərbər olunub, bank mühasirəyə alınıb.

Silahlı şəxs hələlik heç bir tələb irəli sürməyib.

Son xəbərlər