Gürcüstan prezidenti İlham Əliyevə təbrik məktubu göndərdi
Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
BAKU.WS President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:
"İcazə verin, doğum gününüz münasibətilə gürcü xalqı adından və öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırım.
Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası davamlı sülhə, sabitliyə və mühüm nailiyyətlərə nail olub ki, bu da uzaqgörənliyinizin və Azərbaycan xalqının rifahı naminə göstərdiyiniz fədakar xidmətinizin əyani sübutudur. İnanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə daha da güclənəcəkdir.
Əminəm ki, xalqlarımız arasında nümunəvi dostluq münasibətləri və möhkəm strateji tərəfdaşlıq qarşıdakı illərdə də möhkəmlənəcək və genişlənəcəkdir. Gürcüstan və Azərbaycan arasındakı əməkdaşlıq təkcə ikitərəfli əlaqələrimizin inkişafı üçün deyil, həm də Cənubi Qafqazda daha dərin regional inteqrasiyanın, davamlı sülhün və sabitliyin təşviqi üçün təməl daşı rolunu oynayır.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, tükənməz enerji və yüksək məsuliyyətli dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə davamlı sülh və rifah arzulayıram".
Oxşar xəbərlər
Sadır Japarov İlham Əliyevə: Qırğızıstana qarşıdan gələn səfəriniz çərçivəsində münasibətlərin inkişafı üçün zəmin yaradacağıq
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. BAKU.WS xəbər verir ki, mətndə de...