Gürcüstan nümayəndə heyətinin Ağdam şəhərinə səfəri başlayıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərdən ibarət nümayəndə heyətinin işğaldan azad edilən Ağdam şəhərinə səfəri başlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, qonaqlar ermənilərin Ağdamda törətdiyi vandalizm aktları ilə tanış olurlar.
Onlar Ağdam şəhərində dağıdılan tarixi, mədəniyyət abidələrinə baxış keçiriblər.
Nümayəndə heyətinə Ermənistanın törətdiyi vəhşilik barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin dəstəyi ilə Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərdən ibarət qrup Ağdamdan əvvəl Şuşa və Gəncəyə səfər ediblər.
Qalereya
Oxşar xəbərlər
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi təsdiq edilib - TAM MƏTN
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsininin təsdiq edilməsi haqqında fərman imzalayıb. BAKU.WS qoruğun...