Gürcüstan milli təhlükəsizlik konsepsiyasını yeniləyir
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın milli təhlükəsizlik strategiyası 2022-ci ilin birinci rübündə təsdiq olunacaq.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Şurasının Baş nazir İrakli Qaribaşvilinin sədrliyi ilə keçirilən iclasında bildirilib.
Gürcüstan hökuməti həmçinin təhdidlərin qiymətləndirilməsinə dair sənədi də yeniləyəcək və mühüm əhəmiyyət kəsb edən infrastrukturun mühafizəsi haqqında qanun layihəsini parlamentə təqdim edəcək.
Toplantıda regional təhlükəsizlik mühiti və cari proseslər, eyni zamanda kibertəhlükəsizlik sahəsində islahatlar da nəzərdən keçirilib.
Oxşar xəbərlər
Gürcüstan prezidenti azərbaycanlı gənclərlə görüşdü - FOTO
Gürcüstanın Prezidenti Salome Zurabişvili “Plüralizm və demokratiya naminə yeni nəsil” forumunun iştirakçıları ilə görüşüb. BAKU.WS “Report”a istinadən xəbər ve...