Gürcüstan bu tarixdən etibarən xarici turistləri qəbul edəcək
07
may
2020
15:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan iyulun 1-dən xarici turistlərin qəbuluna başlaya bilər.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria Qurumlararası Koordinasiya Agentliyinin iclasında bildirib.
O qeyd edib ki, həmin tarixdən etibarən Gürcüstan xarici turistlərin qəbuluna tam hazır olacaq və bu sahədə artıq qonşu ölkələrlə müzakirələrə başlanılıb.
“Biz qonşu ölkələrlə təhlükəsiz dəhlizlərin yaradılması istiqamətində iş aparırıq. Bu sahədə danışıqlara artıq başlanılıb”, - deyə baş nazir bildirib.
Oxşar xəbərlər
Gürcüstanda bütün ticarət obyektləri bağlanır
“Gürcüstanda ərzaq mağazaları və apteklərdən başqa bütün ticarət obyektlərinin bağlanması qərara alınıb”. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə...