Gürcü deputat: "Azərbaycanda parlament seçkiləri azad, müstəqil və demokratik mühitdə keçir"
"Azərbaycanda parlament seçkiləri azad, müstəqil və demokratik mühitdə keçir".
BAKU.WS "Secki-2020.az" saytına istinadən xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının deputatı Otar Daneliya deyib.
O bildirib ki, Bakıda bir neçə seçki məntəqəsində olublar: “Həm mərkəzdə, həm də şəhər kənarındakı seçki məntəqələrində müşahidə aparmışıq, heç bir pozuntu halı aşkar etməmişik”.
Deputatın sözlərinə görə, hələlik hər hansı bir mənfi hal qeydə alınmayıb.
O əlavə edib ki, müşahidəçilər hörmətlə qarşılanıb, monitorinq üçün bütün şərait yaradılıb və Azərbaycan bununla fəxr edə bilər.
Oxşar xəbərlər
MDB müşahidəçiləri: Azərbaycanda seçki institutu ən yüksək şəkildə formalaşıb
Səbail rayonunda yerləşən məntəqələrdə seçici fəallığı müşahidə olunur. BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, 29 saylı Səbail seçki dairəsinin 2 saylı seç...