“Parlament seçkiləri Azərbaycanda aparılan islahatlara ciddi töhfə verəcək” - Nejdət Ünüvar

“Parlament seçkiləri Azərbaycanda aparılan islahatlara ciddi töhfə verəcək” - Nejdət Ünüvar
Siyasət 286

“Azərbaycanda parlament seçkiləri demokratik şəraitdə keçiriləcək və ölkənin daha da inkişafına önəmli təkan verəcək”.

BAKU.WS xəbər verir ki, bunu secki-2020.az saytına TBMM-də Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Nejdət Ünüvar deyib.

Hər bir seçkinin ölkənin güclənməsi baxımından olduqca vacib olduğunu vurğulayan Nejdət Ünüvar deyib:

“Azərbaycanda keçirilən hər seçki ölkəni həm iqtisadi, həm sosial, həm də siyasi baxımdan daha da gücləndirir. Bundan əlavə hər seçki yenilənmə deməkdir, xalqdan yenidən dəstək almaqdır. Əminəm ki, bu seçkilər Azərbaycanda aparılan islahatlara ciddi töhfə verəcək”.

Azərbaycanın coğrafi baxımdan mühüm strateji məkanda yerləşdiyini qeyd edən sabiq rəhbər ölkəmizin dünyanın enerji təchizatında önəmli faktorlardan biri olduğunu bildirib.

Son xəbərlər