Günün Yekunu - 6 aprel 2021
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
Azərbaycan Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə məruz qalmalarına dair ayrı-ayrı şəxslərin müraciətləri ilə əlaqədar əvvəllər başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/115786
2017-ci il noyabrın 7-də DİN "102" xidmətindən Sabunçu RPİ 12-ci PŞ-nə inzibati ərazidə qətl baş verməsi barədə məlumat verilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/115790
Azərbaycanın bəzi rayon və şəhərlərinin giriş-çıxışlarında postların qurulması barədə məlumatlar yayılıb. İddiaya görə, postların qurulmasında məqsəd qarşıdakı günlərdə rayonlara giriş-çıxışa qoyulacaq qadağadır.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/115793
Xalq artisti Rafiq Hüseynov (Rəmiş) bu gün dəfn edilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/lifestyle/115799
COVID-19-a qarşı peyvənd olunan Azərbaycan vətəndaşları, ölkədəki karantin rejiminin sərtləşdirilməsi halında müəyyən imtiyazlar əldə edəcəklər.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/115804
Daxili İşlər Nazirliyindən tanınmış müğənni Xatirə İslamın toyların gizli keçirilməsi iddiasına açıqlama verilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/115819
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində "Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi"nin yaradılması haqqında Fərman imzalayıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/115829
Sosial şəbəkələrdə Vətən müharibəsində əsir düşərək yaralandığı iddia edilən İlkin adlı şəxsin videogörüntüləri yayılıb. Videoda həmin şəxsin müalicəyə ehtiyacının olması bildirilir və onun Şəmkir rayonundan olduğu vurğulanır.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/115835
Ötən ilin dekabrında beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunduqdan sonra altı il girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin də Bakıya gətirilməsi təmin edilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/115840
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...