Günün Yekunu - 28 oktyabr 2020

Günün Yekunu - 28 oktyabr 2020
Siyasət 455

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

Ölkə ərazisində sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Qərara dəyişikliklər edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/101967

Günün Yekunu - 28 oktyabr 2020

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/101966

Günün Yekunu - 28 oktyabr 2020

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/101964

Günün Yekunu - 28 oktyabr 2020

Azərbaycanda bu gün koronavirus infeksiyasına 988 yeni yoluxma faktı qeydə alınıb, 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/101962

Günün Yekunu - 28 oktyabr 2020

"Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək".

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/101963

Günün Yekunu - 28 oktyabr 2020

2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 21 nəfər həlak olmuş, 70-ə yaxın şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli-miqdarda ziyan dəymişdir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/101948

Günün Yekunu - 28 oktyabr 2020

Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus xeyli sayda hərbi texnika və canlı qüvvə məhv edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/101958

Günün Yekunu - 28 oktyabr 2020

"Sonuncu dəfə cənab Putinlə görüşdük. İndi gəlin bu işə son qoyaq. İstəsəniz, bu problemi birlikdə həll edə bilərik. Siz Paşinyanla görüşün, mən də qardaşım İlhamla görüşüm. Gəlin bu işi xoş bir yolla həll edək. Nümayəndə heyətləri görüşsün. Ancaq gəlin bir şeyə qərar verək. Bu işi həll edə biləcəyik, yoxsa həll edə bilməyəcəyik?"

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/101953

Günün Yekunu - 28 oktyabr 2020

Azərbaycan Prezidenti İlham Əliyev 29 Oktyabr – Respublika Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/101942

Günün Yekunu - 28 oktyabr 2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibə verib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/101934

Günün Yekunu - 28 oktyabr 2020

Son xəbərlər