“Günün Yekunu” - 25 noyabr 2019
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilər.
BAKU.WS xəbər verir ki, Xırdalanda qardaş qısqanclıq zəmnində bacısı qətlə yetirib.
Dünən qardaşı əri həbsdə olan bacısı 1999-cu il təvəllüdlü Ayşən Asəf qızı Fərzəliyevanın başını kəsib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/kriminal/74615
Bakının Bibiheybət qəsəbəsində baş verən sürüşmə zonasında yaranmış fəsadlar daha aydın görünür.
Baş Nazir Əli Əsədov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və digər qurumların rəhbərləri paytaxtın Bibiheybət qəsəbəsində sürüşmə baş verən ərazidə olub.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/74632
Birinci vitse-prezident TASS agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusmana TASS, “Rossiyskaya qazeta” və “Rossiya-24” telekanalı üçün müsahibəsində səfərinin yekunları barədə danışıb.
Müsahibə bu linkdə - https://baku.ws/politics/74647
Valeh Feyruz oğlu Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/74669
Azərbaycanda icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı "Tibbi sığorta haqqında" qanuna dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə təklif edilən dəyişikliyə əsasən, icbari tibbi sığorta haqlarını bu linkdən öyrənə bilərsiniz - https://baku.ws/social/74672
Noyabrın 17-dən 21-dək Ermənistan və işğal altındakı Dağlıq Qarabağ jurnalistlərinin Azərbaycana və Azərbaycandan olan jurnalistlərin də Ermənistan və Dağlıq Qarabağa qarşılıqlı səfərləri baş tutub.
Azərbaycanlı jurnalistlərin Şuşa və Kəlbəcərdə gördüklərini bu linkdən oxuya bilərsiniz - https://baku.ws/politics/74621
Oxşar xəbərlər
“Günün Yekunu” - 23 noyabr 2019
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilər. BAKU.WS xəbər verir ki, ölkədə müşahidə oluna...