“Günün Yekunu” - 23 oktyabr 2019

23
okt
2019
22:00
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilər.BAKU.WS xəbər verir ki, yeni təyin olunan Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində kadr islahatlarına başlayıb.Ə.Əsədovun müvafiq əmri ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov, Baş Nazirin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov vəzifəsindən azad ediliblər.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/72452
Gələn il yanvarın 1-dən toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlar üçün sadələşdirilmiş vergi üzrə sabit aylıq məbləğ 30 manatdan 20 manata endiriləcək.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/72454
“İstefa ərizəmi təqdim etməyimlə bağlı xəbər doğrudur”. BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/72461
Yeni Baş Nazir Əli Əsədovun Nazirlər Kabinetində kadr islahatları davam edir. O, iki şəxsə yüksək vəzifə verib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/72464
Dünən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüşdə Suriya ilə bağlı vacib razılıq əldə olunub.Görüşdən sonra Ərdoğan tarixi razılaşmaya imza atdıqlarını deyib.6 saata yaxın davam edən görüşdə tərəflər arasında 10 maddəlik razılaşma imzalanıb.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/72477
Texniki baxışla bağlı sürücülərə məlumat verilməsində yenilik edilib.Bu təşəbbüs Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən irəli sürülüb və müsbət həllini tapıb.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/auto/72481
Prezident İlham Əliyev Mikayıl Cabbarovun Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/72491
Prezident İlham Əliyev Mikayıl Cabbarovu Azərbaycan Respublikasının iqtisadiyyat naziri təyin edilməsi haqda sərəncam imzalayıb.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/72425
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman verib.Sərəncamda deyilir:1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilsin.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/hot_news/72492
Prezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/hot_news/72497
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.Prezidentin fərmanında belə deyilir:Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”nə “Azərbaycan Respublikasının daxili işlər naziri;” sözlərindən sonra “Ramiz Ənvər oğlu Mehdiyev;” sözləri əlavə edilsin.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/72499
Prezident İlham Əliyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad etdiyi Ramiz Mehdiyevi yeni vəzifəyə təsdiq edib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/72502












Oxşar xəbərlər
86 yaşlı Akif Əlizadə istefasının səbəbini açıqladı
İstefa ərizəmi təqdim etməyimlə bağlı xəbər doğrudur. BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti...