“Günün Yekunu” - 17 iyul 2019

“Günün Yekunu” - 17 iyul 2019
Siyasət 182
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.BAKU.WS xəbər verir ki, çimərlik ətrafındakı qanunsuz hasarlar söküləcək.Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamentinin əməkdaşı Bayram Həsənov bildirib ki, hasarların sökülməsilə bağlı sahibkarlara məlumatlar verilib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/66117
Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə müraciət edib:“Avtomobil sahiblərinə müraciət edərək tövsiyə edirik ki, təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən mümkün qədər məntəqəyə yaxın ərazidə olmağa çalışın, avtomobilinizi təsadüfi deyil, tanıdığınız, məsuliyyətli, peşəkar insanlara etibar edin”.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/66122
Səhiyyə Nazirliyi iyulun 14-də Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumunu açıqlayıb.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/66128
Naxçıvan-Bakı təyyarəsi havaya qalxarkən problem yaranıb.267 nömrəli reyslə uçan təyyarə havaya qalxarkən quş sürüsü ilə toqquşub.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/66131
Bakıda kriminal avtoriteti öldürənlərin tutulma anı kameraya düşüb.İyunun 7-də Bakıda küçədə güllələnən kriminal aləm üzvü Mübariz Budaqlını qətlə yetirənlərin tutulma anı polisin nəzarət kamerasına düşüb. Videogörüntüdə elə həmin gün yol polisləri tərəfindən təqib olunan şübhəli şəxslər - Taleh Cəlalov və Vüsal Hüseynovun saxlanılma anı videolentə alınıb.Videonu bu linkdən izləyə bilərsiniz - https://baku.ws/incident/66139
Bakıda "Meyvəli" bazarında kütləvi zəhərlənmə olub. Hadisə yerinə təcili yardım maşınları cəlb olunub.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/66146
ANS-in prezidenti Vahid Mustafayevin avtomobili ilə kobud qaydasına yol verilib.Hadisəni əks etdirən video sosial şəbəkələrdə yayılıb.Videonu bu linkdən izləyə bilərsiniz - https://baku.ws/incident/66150
İraqın Ərbil şəhərində restoranlardan birində Türkiyə Baş Konsulluğunun işçilərinə hücum olub. Naməlum silahlılar restoranı gülləbaran ediblər.Hücum nəticəsində baş konsulunun köməkçisi Hakan Karaçay vəfat edib. Daha 2 nəfərin isə yaralandığı bildirilir.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/66154

Oxşar xəbərlər

“Günün Yekunu” - 18 iyul 2019

“Günün Yekunu” - 18 iyul 2019

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.BAKU.WS xəbər verir ki, Milli Məclisin Əm...

438 Siyasət 22:00 18 iyul 2019

Son xəbərlər