VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naxçıvan-Bakı təyyarəsi havaya qalxarkən problem yaranıb.

BAKU.WS-in əldə etdiyi məlumata görə, 267 nömrəli reyslə uçan təyyarə havaya qalxarkən quş sürüsü ilə toqquşub.

Məsələ ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC (AZAL) ilə əlaqə saxladıq.

Qurumun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirdi ki, bu gün səhər saatlarında Naxçıvan-Bakı istiqamətində reys həyata keçirən “Azərbaycan Hava Yolları”na məxsus Airbus 320 təyyarəsi quş ilə toqquşub.

"Bu hadisə texniki göstəricilərə təsir etmədiyinə görə hava gəmisinin kapitanı uçuşu davam etdirmək qərarı alıb və uçuş ştat rejimində keçib", - deyə Paşa Kəsəmənski bildirib.

Təyyarə Bakıda uğurlu eniş edib, xəsarət alan yoxdur.

Ziya SƏCCAD
BAKU.WS