VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Xarici İşlər Nazirliyi Ərbildəki türk diplomatlarına edilən qanlı hücumla ağlı açıqlama yayıb.

BAKU.WS xəbər verir ki, açıqlamada hücum edən şəxslərin tutulması istiqamətində tədbirlərin görüldüyü qeyd edilib.

Hazırda İraq rəsmiləri və Türkiyədənin Ərbildəki rəsmi nümayəndələri faktla əlaqədar birgə fəaliyyət aparırlar.

Bu arada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın hücumu həyata keçirənlərə lazımi cavabın veriləcəyini bildirib.

***16:40***

İraqın Ərbil şəhərində restoranlardan birində Türkiyə Baş Konsulluğunun işçilərinə hücum olub.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, naməlum silahlılar restoranı gülləbaran ediblər.

Hücum nəticəsində baş konsulunun köməkçisi Hakan Karaçay vəfat edib. Daha 2 nəfərin isə yaralandığı bildirilir.

Silahlılar hadisə yerindən qaçıblar.

İlkin ehtimallara görə, hücumu PKK terrorçuları həyata keçirib. Belə ki, son günlər Türkiyə Silahlı Qüvvələrinin PKK-ya ağır zərbələr endirməsinə cavab olaraq bu hücumun təşkil edildiyi düşünülür.

Qeyd edək ki, bəzi saytlar ölü sayının 3 olduğu bildirilir. Lakin, bu məlumat rəsmi olaraq hələlik təsdiqlənməyib.
BAKU.WS
VİDEO

QALEREYA