Günün Yekunu - 14 oktyabr 2020
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
Bu gün saat 01:00 radələrində Ermənistan Respublikası tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında bir neçə əməliyyat-taktiki ballistik raket kompleksinin start mövqeyində yerləşdirilməsi müşahidə olunub.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/100581
"Ermənistan tərəfindən növbəti dəfə qəsdən planlaşdırılan və məqsədyönlü insan fəlakətinin qarşısı alındı".
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/100585
Ermənistan ordusunun daha bir zabiti məhv edildi. 44 yaşlı Ruben Sənəmyan ordumuz tərəfindən məhv edilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/100590
"Hadrut qəsəbəsi deyiləndə biz nəzərə almalıyıq ki, Ermənistan Silahlı Qüvvələrinin tərkibindəki 1-ci ümumqoşun ordusunun 18-ci motoatıcı diviziyasının qərargahı və bütün ehtiyat bölmələri bu ərazidə yerləşirdi. Bu ərazidə, demək olar ki, bizim cənub istiqamətində əks həmləyə keçən bölmələrimizin qarşısına çıxan ən mühüm strateji bir ərazi idi".
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/100593
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin (AZTV) çəkiliş qrupunun atəş altına düşdüyü anlar kameraya düşüb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/100597
“Ermənistanın bu çirkin siyasəti anlaşılandır. Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atırlar. Sivillərə qarşı, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görüb".
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/100611
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın 14-də həmin televiziya kanalında dövlətimizin başçısının müsahibəsi yayımlanıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/100608
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/100621
Azərbaycanın daha bir neçə ərazisi işğaldan azad edilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/100634
Ermənistan ordusu yaşlılardan ibarət qrupu Qarabağa göndərib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/100638
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...