SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın daha bir neçə ərazisi işğaldan azad edilib. 

BAKU.WS xəbər verir ki, bu barədə prezident İlham Əliyev "Twitter" hesabında paylaşım edib. 

"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" - deyə prezidentin tvitində qeyd edilib. 

BAKU.WS