Günün Yekunu - 14 dekabr 2020
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi (DYP) İdarəsi ölkənin hərəkət iştirakçılarına müraciət edib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/106015
"Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edilməsi Azərbaycan ictimaiyyətində ciddi narazılıq, təəssüf və təəccüb doğurur".
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/106016
2020-ci il dekabrın 13-də saat 17 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin bir hərbi qulluqçusu, Ağdam rayon sakinləri 1984-cü il təvəllüdlü Əhmədov Toğrul Vilayət oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elçin Qanboy oğlu işğaldan azad olunmuş Ağdam rayonunun Şahbulaq kəndinin ərazisində olarkən piyada əleyhinə minaya düşmüşlər.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/106018
Bu gündən etibarən ölkə üzrə sərt karantin rejimi tətbiq edilir.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/106021
Bundan əvvəl birdəfəlik ödəmə üçün müraciət edən şəxslər barədə elektron araşdırma aparılacaq.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/106033
Prezident İlham Əliyev "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/106042
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə aparılmış Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi şücaət, hərbi qulluq vəzifəsini yerinə yetirərkən nümayiş etdirdiyi mərdlik və peşəkarlıq tarixə qızıl hərflərlə həkk olunmuş zəfərin əldə edilməsinə səbəb olmuşdur.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/106045
"Səfərbərlik Ali Baş Komandanının sərəncamı əsasında elan olunur. Bu sərəncam əsasında Azərbaycanda qismən səfərbərlik elan olunub. Qismən ona görə elan edilib ki, burada yaş məhdudiyyəti var. Ordu sıralarına cəlb olunan şəxslər eyni ilə sərəncam əsasında tərxis ediləcəklər".
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/106048
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə və avtomobil sahiblərinə daha bir xəbərdarlıq edilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/106053
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3112 yeni yoluxma faktı qeydə alınıb, 2923 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/106061
Oxşar xəbərlər
Günün Yekunu - 20 oktyabr 2020
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz. Azərbaycanın Birinci vitse-prezidenti Me...