Günün Yekunu - 1 fevral 2021
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
“WhatsApp” vasitəsilə Azərbaycanda uşaqların kütləvi şəkildə koronavirusa yoluxması ilə bağlı səs yazısı yayılıb. İddialara görə, koronavirusun müalicəsi üçün nəzərdə tutulan xəstəxanalar uşaqlar üçün çarpayılarla təchiz olunub. Səs yazısında bildirilir ki, koronavirusun yeni ştammı daha çox uşaqlar arasında yayılır və ölümə səbəb olur.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/110305
Səbail rayon Məhkəməsində “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/110308
Bu gündən ənənəvi tədrisin hibrid formada mərhələli təşkilinə başlanılır. İndi övladını məktəbə göndərəcək valideynləri düşündürən sual uşaqlarının virusa yoluxma riskinin olub-olmadığı barədədir. Koronavirus pandemiyası dövründə 10 yaşadək uşaqların virusa yoluxmadığı bildirilsə də, bəzi xarici ölkələrdə uşaqlarda koronavirusun aşkarlanması müəyyən şübhələrə yol açır.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/110313
Yanvarın 31-də saat 10 radələrində Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində (TM) fəhlələrin təmir-tikinti işləri apararkən xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/110315
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/110319
"Sonuncu dəfə su təchizatı və kanalizasiya ilə bağlı tariflər 13 may 2016-cı il taixində təsdiqlənib. Keçən müddət ərzində cəmiyyətin təsərrüfat fəaliyyətində əhəmiyyətli dəyişikliklər baş vermişdi".
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/110333
Fövqəladə Hallar Nazirliyi qurumun Zığ qəsəbəsindəki modul tipli xəstəxanasında uşaqlar üçün xüsusi çarpayılar hazırlanması barədə yayılan məlumatlara münasibət bildirib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/110339
Nə qədər gülünc görünsə də, Ermənistanda Cəlal Arutyunyana sui-qəsdlə bağlı cinayət işi qaldırılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/110347
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol"un təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/110354
Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında da iştirak ediblər.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/110361
Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan 220/110/10 kilovoltluq və yeni tikilən 110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyalarının açılışında iştirak edib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/110362
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron rayonunun Xırdalan şəhərində 3 saylı məktəb-liseydə yaradılan şəraitlə tanış olublar.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/110364
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/110366
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...