Güney Azərbaycanda uran yatağının açılışı olub
Yeniliklərdən dərhal xəbərdar olun
Güney Azərbaycanın Xoy şəhərinin Cəngsər dağ-mədən rayonunda radioaktiv maddələrin yatağının açılışı olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan əyalətinin ictimaiyyətlə əlaqələr bölməsinin nümayəndəsi Məhəmməd İslami bildirib.
Onun sözlərinə görə, bu yataq İranın nüvə yanacağına ehtiyacının ödənilməsi üçün xammal tədarükünə potensial yerlərdən biridir: “Habelə bu sahə üzrə vacib elementlərlə zəngin nadir yataqdır“.
M.İslami xatırladıb ki, bu kompleksdə zavodların istismara verilməsi üçün 30 aylıq qrafik nəzərdə tutulub.
Bildirilib ki, Cəngsər rayonundakı yataq İranın nüvə yanacağı üçün xammal mənbəyidir.
Oxşar xəbərlər
Tehranda Urmiya gölünün qurudulmasına qarşı etiraz aksiyası keçirilib - FOTO
Tehranın qərbində türklərin yaşadığı bölgədə milli fəallar Urmiya gölünün qəsdən qurudulmasına etiraz olaraq divarlara şüarlar yazıblar. Bu barədə "Azad İran" t...