Göygöl rayon icra başçısı üç nəfəri işdən çıxardı
Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) daha üç əməkdaşı vəzifəsindən azad edilib.
BAKU.WS İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Vüqar Novruzov müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, baş mütəxəssis İlhamə Verdiyeva, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini İlqar Məmmədov və həmin şöbənin baş məsləhətçisi Fuad Məmmədov vəzifələrindən azad olunublar.
Daha əvvəl isə RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov, həmin şöbənin baş məsləhətçisi Şaiq Qənbərli, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi Ariz Eyvazov, eləcə də baş mütəxəssis-sürücü (icra başçısının sürücüsü) Səxavət Əhədov vəzifəsindən azad ediliblər.
Xatırladaq ki, V.Novruzov ötən il noyabrın 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl RİH-in başçısı təyin olunub.
Oxşar xəbərlər
Əli Əsədov Jose Ramos Horta ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 12-də ölkəmizdə səfərdə olan Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görü...