Gorusun vitse-meri: "Azərbaycanlılar burada özlərini çox sərbəst hiss edirlər"

Gorusun vitse-meri: Azərbaycanlılar burada özlərini çox sərbəst hiss edirlər
Siyasət 283

"Milli Təhlükəsizlik Xidməti erməni maşınlarını saxlayır və iki saat sonra konvoy şəklində rus sülhməramlılarının müşayiəti ilə nəqliyyat vasitələri bir nöqtədən digərinə hərəkət edir. Azərbaycanlılar isə öz yerlərində olduğu kimi çox sərbəst hərəkət edir, əksinə biz isə saatlarla gözləyirik".

BAKU.WS xəbər verir ki, bu sözləri Gorus merinin müavini Karen Koçaryan "News.am"a açıqlamasında bildirib:

"Bundan sonra nə olacağı bəlli deyil. Mövcud vəziyyətin nə qədər davam edəcəyi isə məlum deyil. İstisna edilmir ki, sabah azərbaycanlılar bu yolda hərəkət etmək üçün bizi dayandırıb pul alacaqlar. Onlar özlərini burada çox sərbəst hiss edirlər".

Son xəbərlər