Geyiminə görə restorandan qovuldu - biabır oldu - FOTO

Geyiminə görə restorandan qovuldu - biabır oldu - FOTO
Foto
Siyasət 11214

İngiltərənin Somerset şəhərində bir restoranda baş verənlər geniş müzakirələrə səbəb olub.

BAKU.WS xarici KİV-ə istinadla xəbər verir ki, Hannabella Parker adlı qadın Bristol bölgəsində yeni açılan restorana üz tutub. Göbəyi açıq kofta və idman geyimi ilə restorana daxil olan qadın "Restorana uyğun geyim deyil" deyilərək məkandan qovulub.

"Daily Star" qəzetinin nəşr etdiyi xəbərə görə, Hannabelle adlı xanım bütün etirazlarına baxmayaraq restorandan çıxarılıb.

Hamının ona baxdığını söyləyən gənc qadın restoranda məsul şəxs tərəfindən kənara çəkildiyini və çox utandığını bildirib.

Hannabella adlı xanımın bu başına gələni sosial şəbəkədə yazması böyük müzakirələrə səbəb olub. Bəziləri xanımı müdafiə etsə də ona haqq verməyənlər də olub.

İngiltərədə gündəm olan hadisə bir çox məşhur sima tərəfindən də qınanılıb.

Son xəbərlər