Gənc nəsil Qarabağı canı-qanı bahasına azad etdi - Prezident

Gənc nəsil Qarabağı canı-qanı bahasına azad etdi - Prezident
Siyasət 86

"O ki qaldı, Qarabağ müharibəsinə, bu, bizim hamımızın Qələbəsidir".

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Qubanın Qonaqkənd qəsəbəsində aparılan yenidənqurma işləri ilə tanışlıq zamanı bildirib.

"Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə, öz işi ilə o müqəddəs günü yaxınlaşdırırdı. Biz bütün işğal dövründə Qarabağı ürəyimizdə saxlamışdıq və Qarabağı görməyən gənc nəsil yetişdi. Onlar Qarabağı canı-qanı bahasına azad etdilər. Tarixi ədaləti bərpa etdik, xalqımızın ləyaqətini bərpa etdik. İndi isə artıq yeni dövr başlayır", - deyə ölkə başçısı əlavə edib.

Son xəbərlər