Gələn il müdafiə xərclərinə 5 milyarddan çox pul ayrılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü ilin dövlət büdcəsindən Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi məqsədilə 5,3 milyard manat ayrılacaq.
BAKU.WS-in məlumatına görə, bu barədə məlumat Milli Məclisdə daxil olan “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində yer alıb.
Qeyd edilib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır: “2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulub ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur”.
Oxşar xəbərlər
Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub. Milli Məclisin Mətbuat və ictimaiyyətlə...