Gələcək Azərbaycan Partiyası dövlət qeydiyyatına alınıb

Gələcək Azərbaycan Partiyası dövlət qeydiyyatına alınıb
Siyasət 262

Ədliyyə Nazirliyində Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qazandığı şanlı Qələbəyə həsr olunan kollegiya iclası keçirilib.

BAKU.WS Nazirliyə istinadən xəbər verir ki, iclasda ədliyyə naziri Fikrət Məmmədov işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı ölkə Prezidentinin 24.11.2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı çərçivəsində nazirlik tərəfindən görülən işlər, habelə yeni yaradılmış Qarabağ regional ədliyyə idarəsinin fəaliyyətinin təşkili üzrə tədbirləri diqqətə çatdırıb.

Post-konflikt dövründə ədliyyə orqanlarının qarşısında duran vəzifələr müzakirə olunaraq fəaliyyətin Əlaqələndirmə Qərargahı ilə koordinasiyada qurulması, müvəqqəti xüsusi idarəetməni həyata keçirən komendantlıqlarla əlaqəli fəaliyyətin genişləndirilməsi, törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlər barədə təhlillərin aparılması, hüquqi məsuliyyət tədbirlərinin müəyyən edilməsi, bu işə yerli və xarici QHT-lərin cəlb olunması tapşırılıb.

Həmçinin işğal nəticəsində ərazilərimizə, o cümlədən ədliyyə və məhkəmə orqanlarına dəymiş ziyanın dəqiqləşdirilməsi, onların fəaliyyətinin bərpası, müvafiq məhkəmələrin yaradılması ilə bağlı nazirliyin vəzifələri və digər konkret tədbirlər müəyyən edilib.

İclasda qeydiyyat məsələlərinə də baxılıb. Gələcək Azərbaycan Partiyasının müraciəti əsasında təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu nazirlikdə öyrənilərək Kollegiyada partiyanın, habelə bir sıra qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması barədə qərar qəbul olunub.

Oxşar xəbərlər

İlham Əliyev əfv sərəncamı imzaladı

İlham Əliyev əfv sərəncamı imzaladı

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...

24060 Sosial 16:55 06 aprel 2020

Son xəbərlər