G7 ölkələri Ukraynaya əlavə silahlar göndərəcək, Rusiyaya qarşı sanksiyaları genişləndirəcəklər
“Böyük Yeddilər” qrupunun (G7) ölkələri Ukraynaya müdafiə silahlarının tədarükünü davam etdirmək və Rusiyaya qarşı sanksiyaları genişləndirmək barədə razılığa gəliblər.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu G7 xarici işlər nazirlərinin görüşündən sonra Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib.
"Biz aydın idi ki, (Rusiya Prezidenti Vladimir) Putinin cəhdi uğursuz olmalı və (Ukraynanın) suverenliyi bərpa edilməlidir. Biz Ukraynaya müdafiə silahları və avadanlıqlarının çatdırılmasını davam etdirməyə, Rusiya iqtisadiyyatını zəiflətmək üçün sanksiyaları artırmağa razılaşdıq", - Trass tviter hesabında yazıb.
Oxşar xəbərlər
Britaniya və Ukrayna nazirləri silah tədarükü məsələsini müzakirə ediblər
Böyük Britaniyanın xarici işlər naziri Liz Trassla ukraynalı həmkarı Dmitri Kuleba arasında telefon danışığı olub. BAKU.WS “report”a istinadən xəbər verir ki, b...