Füzuli rayonu və Türkiyənin Çorum şəhəri qardaşlaşıb

Füzuli rayonu və Türkiyənin Çorum şəhəri qardaşlaşıb
Siyasət 44

Ermənistanın işğalından azad edilmiş Füzuli rayonu Türkiyənin Çorum şəhəri ilə qardaşlaşıb.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və Çorum bələdiyyə sədri Halil İbrahim Aşqın protokol imzalayıblar.

Məlumata görə, Türkiyə nümayəndə heyəti Füzulidə səfərdə olub. Onlar işğal dövründə Ermənistanın Füzulidə törətdiyi vandalizm aktları ilə tanış olublar.

H.İ.Aşqım bildirib ki, Bakı ilə Ankara “iki dövlət, bir millət” şüarı ilə daim bir-birinin yanındadır.

Son xəbərlər