Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın bu gün təyin edilən yeni baş naziri Mişel Barnier 2021-ci ildə Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, o zaman M.Barnier Fransada prezidentliyə namizəd Valeri Pekreslə birgə işğal altında olan Azərbaycan ərazilərində erməni separatçılarının yerləşdiyi ərazilərdə olub.
Səfər 2021-ci il dekabrın 21-23-də baş tutub. Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfər edən M.Barnier V.Pekresin Azərbaycana qarşı bəyanatlarına şərik olub. Belə ki, Qarabağ bölgəsinə qanunsuz səfər edənlər Azərbaycandan səfirin geri çağırmalı olduğunu və rəsmi Bakıya qarşı sanksiyaların tətbiq edilməsini təklif ediblər.
M.Barnierin bundan əvvəlki mövqeyi və hərəkətlərini nəzərə alsaq, ehtimal etmək olar ki, Makron kimi anti-Azərbaycan mövqeli prezidentin baş naziri olandan sonra iki ölkə arasında münasibətlər daha da aşağı səviyyəyə düşəcək.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...