Fransada prezidentliyə namizədin başında yumurta sındırdılar - VİDEO
13
mar
2022
11:18
Fransa prezidentliyinə ifrat sağçı namizəd Erik Zemmura Fransanın Oksitaniya bölgəsindəki Muassak şəhərinə səfəri zamanı yumurta atılıb.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, siyasətçi maşından düşən zaman naməlum şəxs onun başına yumurta vurub.
Cangüdənlər dərhal hücum edən şəxsi saxlayıb.
Məlumata görə, Zemmura yumurta atan şəxs əlil uşaq atasıdır.
Güman edilir ki, o, prezidentliyə namizədin Fransada əlilliyi olan uşaqların inklüzivliyi ilə bağlı qıcıqlandırıcı açıqlamalarından qəzəblənib.
Oxşar xəbərlər
Vətən müharibəsində Ermənistan tərəfindən döyüşmüş ekstremist qruplaşma rəhbəri həbs olunub
Fransa vətəndaşı, Parisdə zorakılığın əsas təhrikçisi olan ekstremist “Zouaves Paris” (ZVP) qruplaşmasının lideri, ikinci Qarabağ müharibəsi zamanı Azərbaycanın...