Fransada koronavirusdan ölənlərin sayı 20,7 mini keçib
Yeniliklərdən dərhal xəbərdar olun
“Fransada COVID-19 epidemiyası son sutka ərzində 531 nəfərin ölümünə səbəb olub”.
BAKU.WS-in məlumatına görə, bu barədə Fransa Baş Səhiyyə İdarəsinin baş direktoru Jerome Salomon keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, bu günə qədər ölənlərin sayı 20796 nəfər olub: "Onlardan 12 900 nəfəri xəstəxanalarda, digər 7896 nəfəri isə qocalar evlərində, digər tibbi və sosial müəssisələrdə ölüb”.
Baş direktorun sözlərinə görə, xəstəxanaya yerləşdirilənlərin sayı 30 106 nəfərə çatıb: “Hazırda reanimasiyada 5443 nəfər var. Son 13 gün ərzində reanimasiyada olanların sayında azalma müşahidə olunub. Ölkə üzrə COVID-19 infeksiyasına yoluxanların sayı ümumilikdə 117 324 nəfərdir”.
Oxşar xəbərlər
Fransada koronavirusdan ölənlərin sayı 10,3 mini ötüb
Fransada yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 10,3 mini ötüb. BAKU.WS-in verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə İdarəsinin baş direktoru...