Fransada koronavirusdan ölənlərin sayı 10,3 mini ötüb

Fransada koronavirusdan ölənlərin sayı 10,3 mini ötüb
Siyasət 59

Fransada yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 10,3 mini ötüb.

BAKU.WS-in verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon deyib.

J.Salomon bildirib: "Martın 1-dən koronavirusa yoluxanlar arasında 10 328 ölüm halı qeydə alınıb". Daha əvvəl 8 911 nəfərin öldüyü bildirilirdi.

Onun sözlərinə görə, hazırda xəstəxanalarda 30 minə yaxın insan qalır: "Son 24 saat ərzində koronavirusa yoluxmuş 305 nəfər xəstəxanaya yerləşdirilib".

Son xəbərlər