Fransada ifrat sağçılarla etirazçılar arasında toqquşmalar olub
Fransanın Anje şəhərində ifrat sağçı qruplar iğtişaşçıları dağıtmağa başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, şəhərin küçələrindən çəkilmiş video tvitter istifadəçiləri tərəfindən yayılıb.
Görüntülərin müəllifləri qeyd edirlər ki, etirazçılar şəhər küçələrində qarətlərə başlayıblar. Videoda insanların tüstü bombalarından istifadə etdiyi və butulka atmaları görünür.
Tvitter istifadəçilərindən birinin hesabında paylaşılan görüntüdə, "Birgə yaşamaq artıq mümkün deyil", - deyilib.
Fransanın hüquq-mühafizə orqanları iğtişaşlar zamanı 3,2 min nəfəri saxlayıb. Saxlanılanların orta yaşı 17-dir, onların 60%-nin əvvəllər ədalət mühakiməsi ilə bağlı heç bir problemi olmayıb.
İyulun 2-də Fransa Prezidenti Emmanuel Makron daxili işlər naziri Jerald Darmen və ədliyyə naziri Erik Düpon-Morettiyə iğtişaşların dayandırılması üçün bütün lazımi tədbirləri görməyi tapşırıb.
Fransada iğtişaşlar Parisin ətrafında başlayıb, iyunun 27-də səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları Nanterdə 17 yaşlı əlcəzairlini güllələyərək öldürüblər. Polis gəncin hüquq-mühafizə orqanları əməkdaşlarının tələblərini yerinə yetirməkdən imtina etdiyini bildirib. Atəş açan şəxslə bağlı araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
17 yaşlı əlcəzairlinin qətli - Fransada davam edən irqçi cinayət - ŞƏRH
Bəziləri Fransada baş verən qanun pozuntularını, özbaşınalığı demokratiya və s. kimi dəyərləndirməyə səy göstərirlər. Ancaq bu ölkənin keçmişi də, indiki vəziyy...