Fransa müxalifəti "monarx" Makronun devriləcəyini proqnozlaşdırır
"İtaətsiz Fransa" partiyasının koordinatoru Manuel Bompar Fransa hökumətinin tezliklə istefaya gedəcəyini proqnozlaşdırıb.
Bu barədə "Report" Fransa mətbuatına istinadən xəbər verir.
Fransa Milli Assambleyasında Baş nazir Fransua Bayruya etimadsızlıq votumu ilə bağlı müzakirələr zamanı danışan Bompar belə deyib: "Cənab Baş nazir, bədbəxt hökumətinizin sayılı günləri qalıb. Bu hökumət süqut etdikdən sonra, "monarx" Makron (Fransa Prezidenti Emmanuel Makronu nəzərdə tutur - red.) da devriləcək".
Onun fikrincə, hökumətə etimadsızlıq votumunun keçirilməsi üçün kifayət qədər səbəb var.
Siyasətçi, həmçinin hökumətə etimadsızlıq votumunun xeyrinə səs vermədiklərinə görə sosialistləri də tənqid edib. Bompar onların bu hərəkətini məsuliyyətsizlik adlandırıb.
Oxşar xəbərlər
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir. BAKU.WS xəbər verir ki, Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukr...